Ən son xəbərlər
Azərbaycan Dövlət Musiqili Teatrı həmişə olduğu kimi, bu ay da rusdilli tamaşaçılarını unutmayıb.
Teatrdan bildirilib ki, sənət ocağı rusdilli tamaşaçıları üçün iki səhnə əsəri hazırlayıb. Belə ki, yaradıcı kollektiv “Bir dəfə Bağdadda” adlı ilk səhnə əsərini oktyabrın 12-də tamaşaçılarının ixtiyarına verəcək.
Növbəti “Qızıl cücə” adlı səhnə əsəri isə oktyabrın 14-də təqdim olunacaq. Hər iki tamaşaya böyüklərlə yanaşı, balaca rusdilli tamaşaçılar da baxa bilər.
M.MÜKƏRRƏMOĞLU,
”Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə