• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 20.9 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU-da Tələbə Gənclər Təşkilatına sədr seçkiləri keçirilib

ATU-da Tələbə Gənclər Təşkilatına sədr seçkiləri keçirilib

Azərbaycan Tibb Universiteti (ATU) Tələbə Gənclər Təşkilatında (TGT) sədr seçkiləri keçirildi. Seçkidə ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov, HİK sədrinin müavini Seymur Hacıyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Kərimov və 2014--2018-ci illər ərzində ATU TGT sədri vəzifəsində çalışmış Tural Əzizov iştirak ediblər.

Tədbirdə HİK-in sədri Cahangir Qasımov çıxış edərək TGT-nin bu illər ərzində keçirdiyi layihələri və gördüyü işləri yüksək qiymətləndirib. O, növbəti dönəm seçiləcək sədr və idarə heyətinə uğurlar diləyərək deyib: “Bizim universitet daim savadlı, aktiv tələbələrə hərtərəfli yardım göstərməyə hazırdır. TGT universitetdə tələbələr tərəfindən böyük ehtiyac duyulan qurumlardandır. Yeni seçiləcək sədrə işlərində uğurlar diləyirəm”.

TGT-nin sədri Tural Əzizov çıxış edərək, sədrlik etdiyi 4 il ərzində görülən işlər haqqında məlumat verib. 
Qeyd edək ki, tələbələr tərəfindən yeni seçiləcək sədrliyə namizəd kimi Rauf Vəliyev, Gülnur Rüstəmova və Seyidağa Abbaszadə təklif olunub. Tələbələrin səs verməsi nəticəsində yüksək səs çoxluğu ilə Rauf Vəliyev ATU TGT-nin yeni sədri seçilib. Daha sonra yeni idarə heyəti təsdiq olundu. Yeni idarə heyətinə fakültə sədrləri, departament rəhbərləri və ATU TGT-nin növbəti dönəm yeni sədr və müavinləri əlavə olunub.

Tədbirin sonunda Rauf Vəliyev çıxış edərək göstərdikləri etimada görə tələbələrə və onun namizədliyini təsdiq edən universitet rəhbərliyinə təşəkkürünü bildirib: “Mənə tələbələr və rəhbərlik tərəfindən göstərilən etimadı doğrultmağa çalışacağam. Gələcək fəaliyyətimizdə də tələbələrimizin elmi dünya görüşlərinin və sosial həyatlarının yaxşılaşdırılmasına yönələn layihələr həyata keçirəcək, bu istiqamətdə işlər görəcəyik”.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 Oktyabr 2018 11:43 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin