• RUB: 0.0259
  • TRY: 0.3042
  • EUR: 1.9550
  • USD: 1.7000
  • Bakı + 21.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gözdən əlillər üçün “Daktil öyrənək – daktil əylənək” layihəsi təqdim edilib

Gözdən əlillər üçün “Daktil öyrənək – daktil əylənək” layihəsi təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun Yetkinlik Yaşına Çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzində Əlil Ziyalılar və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ictimai birliklərinin təşkilatçılığı ilə “Daktil öyrənək – daktil əylənək” layihəsinin təqdimatı keçirilib.

Tədbirdə bildirilib ki, Yetkinlik Yaşına Çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzində gözdən əlillərin reabilitasiyası üçün hər cür imkanlar yaradılıb. Müəssisədə görmə imkanları məhdud olan yeniyetmə və gənclərin tibbi, peşə, sosial, əmək, idman məşğələləri və abilitasiyalarının təşkili üçün beynəlxalq standartlara cavab verən şərait yaradılıb. Burada görmə imkanları məhdud şəxslərin üç ay müddətində reabilitasiya kursuna cəlb edilərək brayl əlifbasına, kompüter biliklərinə, incəsənətin müxtəlif növlərinə, üzgüçülük, yüngül atletika və idmanın digər növləri üzrə bacarıqlar əldə edilməsi mümkündür.

Qeyd olunub ki, ölkəmizdə ilk dəfə olaraq görmə imkanları məhdud uşaqlar üçün daktil kitabların, dərs vəsaitləri və intellektual oyuncaqların hazırlanmasına başlanılıb. Layihə çərçivəsində daktil kitab, vəsait və oyuncaqlardan istifadə görmə məhdudiyyətli uşaqlarda erkən müdaxilə yolu ilə kiçik əl motorikasının inkişafının sürətləndirilməsinə və ətraf aləmin görüntülü şəkildə dərk edilməsinə kömək edəcək. Layihə görmə imkanları məhdud yeniyetmələrin peşələrə yiyələnməsində, məşğulluq məsələlərinin həllində, eləcə də cəmiyyətə inteqrasiyasında da müsbət rol oynayacaq.

Həkim-oftalmoloqlar və əlilliyi olan şəxslər layihənin uğurlu icrası və inkişafı istiqamətində təkliflərini veriblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 Oktyabr 2018 11:40 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin