Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan məhsulları Qətərdə sərgilənir

Azərbaycan məhsulları Qətərdə sərgilənir

Qətətin Doha şəhərində “Birinci Beynəlxalq məhsullar” sərgisinin açılışı olub. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Qətərdəki səfirliyinin və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan məhsulları “Birinci Beynəlxalq məhsullar” sərgisində təqdim olunur.

10 ölkənin şırkətlərinin iştirak etdiyi sərgidə qida, tekstil, sənaye, dizayn və digər sahələrdə fəaliyyət göstərən 18 Azərbaycan şirkəti fərdi qaydada iştirak edir. Digər sərgilərdə olduğu kimi “Birinci Beynəlxalq məhsullar” sərgisində də  Azərbaycan məhsulları xarici şirkətlər və sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanır və məhsullarımızın ixracına dair ilkin danışıqlar aparılır.

   Qeyd edək ki, Qətər “Birinci Beynəlxalq məhsullar” sərgisi oktyabrın 10-da başa çatacaq.                      

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

9 Oktyabr 2018 11:29 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə