• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 20.9 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BANM-ın tələbələri Robot Olimpiadasında ilk üç yerin qalibi olublar

BANM-ın tələbələri Robot Olimpiadasında ilk üç yerin qalibi olublar

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Dünya Robot Olimpiadasında (World Robotics Olympiad) 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülüblər. Azərbaycanın ikinci dəfə iştirak etdiyi bu olimpiadanın  regional turu Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Robotexnika və Mühəndislik Akademiyasının (AREA) təşkilatçılığı ilə keçirilib.  

BANM-dan aldığımız məlumatda bildirilir ki, yarışda “Open” və “Regular” olmaqla 2 kateqoriya və müxtəlif yaş qrupları üzrə 50-dən çox komanda iştirak edib. BANM-ın tələbələri Senior Open (yaşca daha yuxarı iştirakçıların kateqoriyası)  kateqoriyasında yaratdıqları kreativ robotları ilə öz güclərini sınamış və ilk 3 yeri qazanmışlar. Ali Məktəbin “Robo-Sapiens” adlı  komandası Robot Olimpiadasında I yerə layiq görülərək, Tailandda keçiriləcək final mərhələsinə  vəsiqə qazanıb. Komandada BANM-ın 2-ci kurs “Proseslərin avtomatlaşdırılması mühəndisliy”i ixtisasının tələbələri  Xalidə Əliyeva, Eyvaz Nəcəfli, Ramil Abbaszadə və onların mentorları – III kurs eyniadlı ixtisasın tələbələri Fərid Həmidov və Nəriman Tağızadə yer alıblar. Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Manafəddin Namazov və  “Hər şeydə internet” laboratoriyasının rəhbəri, baş müəllim Abbas Əlili isə tələbələrə baş mentorluq ediblər.

BANM tələbələrinin  “İcarus” və “RoboMonster” adlı komandaları isə ikinci və üçüncü yeri tutaraq, sertifikat və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

“Bu uğurumuzun əsas səbəbi iştirakçıların əzmlə çalışması, mentorların iştirakçılara unikal metodları öyrətməsi, müəllimlərin və rəhbərliyin tələbələrə maddi və mənəvi dəstəyi olmuşdur” -  deyə Ali Məktəbin komandalarının baş mentoru Nəriman Tağızadə bildirib.

                                                    

Samirə Əliyeva,
“Xalq qəzeti”

9 Oktyabr 2018 11:26 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin