Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilib

 “Sığorta fəaliyyəti haqqında” Qanunun 86.1-ci maddəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə 1 hüquqi şəxsə və 62 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

9 Oktyabr 2018 11:18 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə