Ən son xəbərlər

Son buraxılış
Arxiv

Noyabrın ilk hərracında 79 dövlət əmlakı üzrə seçim şansı

Noyabrın ilk hərracında 79 dövlət əmlakı üzrə seçim şansı

Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirilmə üzrə keçirdiyi hərraclarda hər kəs rahatlıqla əmlak sahibi ola bilər. İstənilən vətəndaşın olduğu məkandan hərraca onlayn qoşulmaq imkanı operativliyi təmin edərək özəlləşdirməni sürətləndirir. Komitə tərəfindən növbəti hərrac 6 noyabr tarixində baş tutacaq. Bu dəfə prosesə ümumilikdə 79 dövlət əmlakı çıxarılıb. Onlardan 17-si səhmdar cəmiyyəti, 33-ü kiçik dövlət müəssisə və obyekti, 23-ü qeyri-yaşayış sahələri, 6-sı nəqliyyat vasitəsidir.

Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir. Prosesdə iştirak etmək istəyən şəxslər komitənin saytı (emdk.gov.az) və Özəlləşdirmə portalındakı (privatization.az) siyahıdan seçim edərək dövlət əmlaklarını sifariş verə bilər. Şəffaflığın təmin olunduğu hərraclarda təyin olunan vaxtda sifarişçilərlə bərabər, ziyarətçilərin də iştirak imkanı mövcuddur.

Komitə investorları, mülkiyyət sahibi olmaq istəyən bütün şəxsləri, eləcə də ziyarətçiləri hərraclarda iştirak etməyə və prosesi izləməyə dəvət edir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti"

9 Oktyabr 2018 11:06 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin