Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənc alimlər təhsilə dəstək məqsədilə yeni layihənin icrasına başladılar

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Pandemiya dövründə təhsil təşəbbüslərinə dəstək - “Virtual Məktəb” layihəsinə çıxışın təmin edilməsi məqsədilə aztəminatlı ailələrin məktəb yaşlı övladlarının texniki resurslarla təmin edilməsi ” adlı layihənin icrasına başlayıb.

Layihənin məqsədi koronavirus pandemiyası səbəbindən Təhsil Nazirliyi tərəfindən təqdim edilən “Virtual Məktəb” layihəsi çərçivəsində məsafədən təhsilin əlçatanlığını aztəminatlı ailələrdən olan şagirdlər üçün təmin etməkdən ibarətdir. Bu məqsədlə iki rayonda bu kateqoriyadan olan ailələrdə məktəbyaşlı uşaqların planşetlərlə təmin olunması nəzərdə tutulmuşdur. Bütövlükdə layihə 20 ailəni əhatə edəcək və onlara texniki avadanlıqlarla bərabər həm də bu avadanlıqlardan istifadə ilə bağlı da müvafiq təlimatlar veriləcək.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

25 İyul 2020 10:59 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə