Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azəriqaz” İB tərəfindən 71 yaşayış məntəqəsinə təbii qaz verilmişdir

“Azəriqaz” İB tərəfindən 71 yaşayış məntəqəsinə təbii qaz verilmişdir

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir.

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən 2018-ci ilin yanvar-sentyabr ayları ərzində 2385,1 km yeni qaz kəməri quraşdırılmış, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 182,6 km qaz kəməri əsaslı təmir olunmuşdur. Cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Ağsu, İsmayıllı, Bərdə, Qax, Quba, Şabran, Şamaxı, Şəki, Göyçay, Göygöl, Ucar, Xaçmaz, Beyləqan, Yevlax, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə 71 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilmişdir.

         

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

9 Oktyabr 2018 11:00 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin