Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyası­nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarix­li 1071-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018- ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2018, № 6, maddə 1230; 2019, № 5, maddə 841) 1.3-cü bəndində “və fəaliyyətinə” sözləri “, fəaliyyətinə və peşə təhsili müəssisələrinin əldə etdiyi büdcədənkənar vəsaitdən ayırmalar da daxil olmaqla, maliyyələşdirilməsinə” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2020-ci il

25 İyul 2020 04:37 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə