Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan dilinin paronimlər lüğəti” çapdan çıxıb

 “Azərbaycan dilinin paronimlər lüğəti” çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, dosent Nərgiz Hacıyevanın “Azərbaycan dilinin paronimlər lüğəti” işıq üzü görüb.

www.science.gov.az saytı yazır ki, lüğətin elmi redaktorları akademik Tofiq Hacıyev və professor İsmayıl Məmmədli, rəyçiləri isə professor Qara Məşədiyev, Nadir Məmmədli və dosent İntizar Salahovadır.

Azərbaycan dilində səslənməsində və tələffüzündə çətinlik yaradan bir sıra sözlər var ki, bunlar eyni və müxtəlif köklü olaraq dilçilikdə paronim sözlər adlanır. Yeni nəşr paronimlər barədə yazılan ilk lüğətin genişləndirilmiş şəkli olub, 1600-dan çox sözü əhatə edir. Lüğət “Ön söz”, əlifba sırası ilə düzülmüş paronim sözlər, frazeoloji paronimlər və onların izahından ibarətdir.

Lüğət geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”
                                  

 

9 Oktyabr 2018 10:49 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin