• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 20.9 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elmin inkişafına həsr olunmuş ömür

Elmin inkişafına həsr olunmuş ömür

Dünən Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ölkəmizdə yüksək molekullu birləşmələr və neft kimyası sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü Eldar Zeynalovun 70 illiyinə həsr olunan  yubiley keçirilib.

www.science.gov.az saytı yazır ki, yubiley yığıncağında AMEA-nın vitse prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev kimyaçı alimin keçdiyi ömür yolundan, onun zəngin elmi və pedaqoji fəaliyyətindən danışıb. Bildirib ki, AMEA-nın müxbir üzvü E.Zeynalovun elmi fəaliyyətinin əsas istiqamətləri füllerenlərin, metal saxlayan karbon nanoboruların, nanoliflərin və funksionallaşdırılmış karbon nanostrukturların iştirakında karbohidrogenlərin və polimerlərin maye fazada katalitik aerob və peroksid oksidləşmə proseslərinin kinetik qanınauyğunluqlarının öyrənilməsidir. Bundan əlavə, sintetik neft və oksiturşuların müasir tələblərə cavab verən alınma proseslərinin işlənib təkmilləşməsi, neft kompozisiyalarının tərkibində olan antioksidantların fəallığına dair kinetik araşdırılmaların aparılması və polimer materialların termiki və termooksidləşdirici stabilliyi məsələlərinin öyrənilməsi də alimin əsas elmi fəaliyyət istiqamətləridir.

Yubliyarın yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsindəki xidmətlərindən də bəhs edən D.Tağıyev onun rəhbərliyi  altında 11 kimya və texnika üzrə fəlsəfə doktoru və 1 kimya elmlər doktorunun hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, kimyaçı alimin apardığı elmi -tədqiqat işləri 10 monoqrafiya və kitabda, 400-ə yaxın elmi məqalədə, o cümlədən 15 müəlliflik şəhadətnaməsi və patentdə əksini tapıb.

Sonra akademik D.Tağıyev institutun Fəxri fərmanını alimə təqdim edib.

Tədbirdə kimya üzrə fəlsəfə  doktoru Elçın Hüseynov yubilyarın həyat və elmi fəaliyyətindən bəhs edən məruzə ilə çıxış edib. Daha sonra akademik Əjdər Məcidov, professor Asif Məmmədov və başqaları çıxış edərək kimyaçı alimi 70 illik yubileyi münasibətilə təbrik edib, onunla bağlı xoş xatirələrini bölüşüblər.

Sonda E.Zeynalov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

9 Oktyabr 2018 10:46 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin