• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 20.9 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Toplanmış sənədlər Prokurorluğa göndərilib

Toplanmış sənədlər Prokurorluğa göndərilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayon Salmanlı kəndi ərazisində yaş köküstə 83 ədəd yulğun kolunun kökündən çıxarıldığı aşkar edilib.

Araşdırma zamanı yulğun kollarının Salyan rayon Yuxarı Noxudlu kənd sakini Vaqif  Babayev tərəfindən çıxarıldığı məlum olub.

Faktla bağlı V.Babayev barəsində akt tərtib olunub və təbiətə 6640 manat məbləğində ziyan dəydiyi müəyyən  edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Sabirabad rayon Prokurorluğuna göndərilib.

 

Qəzənfər QASIMOV,
“Xalq  qəzeti”

8 Oktyabr 2018 16:55 - EKOLOGİYA
EKOLOGİYA
18 Oktyabr 2018 | 18:07
Reyd keçirilib
17 Oktyabr 2018 | 17:24
Bəzi yerlərə yağış yağıb
17 Oktyabr 2018 | 17:22
Sürüşmə hadisəsi baş verib

Ən son xəbərləri səhifəmizdən də izləyin