• RUB: 0.0251
  • TRY: 0.2459
  • EUR: 1.9383
  • USD: 1.7000
  • Bakı + 26.8 ° C / 63%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Baytarlıq Xidmətinin rəisi Ucar və Samuxda olub

Dövlət Baytarlıq Xidmətinin rəisi Ucar və Samuxda olub

   Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Bayandur Rzayev Ucar və Samux rayonlarında heyvan xəstəliklərinə qarşı aparılan profilaktiki peyvəndləmə işləri ilə tanış olub. Səfər həmçinin aparılan peyvəndləmə prosesinin şəffaflığına nəzarəti təmin etmək və qurulması nəzərdə tutulan BSL-1 səviyyəli baytarlıq laboratoriyaları üçün tələb olunan şəraitlə tanış olmaq məqsədi daşıyıb.

    B.Rzayev baytarlıq idarələrinin diaqnostik kabinetlərinə, soyuducu kameralarına və digər inzibati bölmələrinə baxış keçirib, idarələrin maddi-texniki təminatı, baytarlıq kadrlarının təhsil səviyyəsi və epizootik tədbirlər planında nəzərdə tutulan iti yoluxucu xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirlərinin nəticələri ilə yaxından tanış olub.

  DBX-nin rəisi səfər çərçivəsində keçirilən görüşlərdə heyvanların sağlamlıq vəziyyətinə dair aparılan baytarlıq tədbirlərin, yeni innovasiyaların tətbiqi, müasir heyvandarlıq komplekslərinin yaradılması və genişləndirilməsi barədə danışıb. Bildirib ki, bölgələrə səfərin əsas məqsədlərindən biri də qurulması nəzərdə tutulan BSL-1 səviyyəli baytarlıq laboratoriyalarının şəraiti, yerlərdə çalışan baytarlıq mütəxəssislərinin təminatı və təhsil səviyyələri, eləcə də baytarlıq idarələri tərəfindən aparılan müalicə-profilaktika və dezinfeksiya tədbirləri ilə yerində tanış olmaq və dövlət tərəfindən verilən peyvənd vasitələrinin “soyuq zəncir” prinsipinə uyğun yerlərə çatdırılaraq şəffaf formada heyvanlara tətbiqinə nəzarət etməkdir.

   Səfər çərçivəsində B.Rzayev Samux rayonunda yerləşən qoyunçuluq və iribuynuzlu heyvanların kökəltmə təsərrüfatında olub, heyvanların saxlama və yemləmə şərait və müxtəlif xəstəliklərə qarşı aparılan peyvəndləmə təbirləri ilə tanış olub, təsərrüfat sahibləri ilə görüş keçirib. O, təsərrüfat sahiblərinin müraciətlərini, arzu və təkliflərini dinləyib, heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

   Görüşlərdə xidmət tərəfindən həyata keçirilən baytarlıq tədbirləri, gənc kadrların işlə təminatı məsələləri müzakirə olunub, əməkdaşların istək və arzuları dinlənilib. Həmçinin, yerlərdə görüləcək tədbirlər barəsində baytarlıq idarələrinə müvafiq tapşırıq və göstərişlər verilib.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

7 2018 11:41 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin