Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərsun Holdinq”dən Cocuq Mərcanlıya dəstək

2016-cı ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatı nəticəsində düşmən işğalından azad olunmuş Cocuq-Mərcanlı kəndində yeni iş yerlərinin yaradılması və insanların sosial-rifah halının yüksəldilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasətə uyğun olaraq “Azərsun Holdinq” də müxtəlif layihələr reallaşdırır.

“Azərsun Holdinq”dən verilən məlumata görə, bu günlərdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində şəkər çuğunduru əkin sahələrindən ilk dəfə məhsul toplanıb. Adıçəkilən Şirkətlər Qrupunun dəstəyi ilə ildən-ilə əkin ərazilərinin genişləndirilməsi, bununla da yeni iş yerlərin yaradılması nəzərdə tutulub.

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndində burada yetişdirilən məhsulların satın alınması ilə bağlı tədbir təşkil edilib.

“Azərsun Holdinq” də Bazarstore Mağazalar Şəbəkəsi ilə tədbirə qatılaraq burada yaradılan təsərrüfat sahiblərinə dəstək nümayiş etdirib. Bazarstore nümayəndələri artıq istixanalarda yetişdirlən ilk “Cocuq Mərcanlı” logolu məhsulların mağazalar şəbəkəsi tərəfindən alınaraq müştərilərin ixtiyarına verildiyini bildirib. Qeyd edək ki, Cocuq Mərcanlı sakinlərindən alınan kənd təsərrüfatı məhsulları artıq bir neçə “Bazarstore” mağazasında satışa çıxarılıb və istehlakçılar tərəfindən böyük rəğbətlə qarşlanıb.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

8 Oktyabr 2018 15:43 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə