Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BANM Koreyanın HMC şirkətilə layihə həyata keçirir

Bakı Ali Neft Məktəbində (BANM) Cənubi Koreya Respublikasının HMC şirkəti və Kyunqsunq Universiteti ilə görüş keçirilib.

BANM-dan verilən məlumata görə, görüşdə rektor Elmar Qasımov, HMC Şirkətinin vitse-prezidenti Park Gabju və onun rəhbərlik etdiyi nümayəndə heyəti, KyunqSunq Universitertinin Elektronika mühəndisliyi fakültəsinin professoru Park Jangsik, həmçinin Ali Məktəbin Mühəndislik kafedrasının dekanı Zəfər Qurbanov, Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Manafəddin Namazov və digər məsul əməkdaşları iştirak ediblər.

Ali Məktəbin kampusunda təşkil olunmuş görüşün əsas məqsədi Cənubi Koreya Respublikasının HMC şirkəti və Kyunqsunq Universiteti ilə CCTV (closed-circuit television) – qapalı kontur üçün uzaqdan video müşahidə texnologiyasından istifadə etməklə qazın ilkin təsbitetmə və daxilolmaya nəzarət sistemi üzrə elmi-tədqiqat lahiyəsini müzakirə etmək olub.

Görüşdə BANM-ın rektoru Elmar Qasımov HMC şirkətinin və KyunqSunq Universitertinin nümayəndələrini yenidən Ali Məktəbdə görməkdən şad olduğunu bildirib. Birgə başlanılacaq layihənin çox əhəmiyyətli olacağını vurğulayan rektor, BANM tərəfindən olacaq layihə qrupuna şəxsən rəhbərlik edəcəyini qeyd edib. Elmar Qasımov layihənin reallaşdırılması üçün Ali Məktəbin kampusunda HMC şirkətinin avadanlıqla təchiz edəcəyi mərkəzin BANM ilə Kyunqsunq Universitetinin birgə elmi tədqiqat layihələrinin əsasını təşkil edəcəyini bildirib.

HMC şirkətinin vitse prezidenti Park Gabju bu layihəni Azərbaycanda məhz BANM ilə həyata keçiriləcəyindən məmnunluğunu bildirib. Sənaye 4.0 sistemi və süni intellekt sahəsində ixtisaslaşmış HMC şirkəti artıq BANM-da yaradılacaq mərkəz üçün bir çox avadanlıqların gətirildiyini və növbəti hissəsinin də gətiriləcəyini bildirib. Mərkəz sözügedən layihənin işlənməsi üçün istifadə olunacaq.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

8 Oktyabr 2018 15:38 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə