Ən son xəbərlər
“SOCAR Polymer” şirkətinin Polipropilen zavodu 2 ay öncə istifadəyə verilib. Yüksəksıxlıqlı polietilen zavodunda isə işlər 98 faiz tamamlanıb.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki “SOCAR Polymer” layihəsinin tərkib hissəsi olan zavodun məhsuldarlığı 120 min tondur. Ümumilikdə kompleksdə istehsal olunan məhsulların 30 faizi daxili bazarın tələbatını ödəyəcək, 70 faizi ixrac ediləcək. İxrac üçün nəzərdə tutulan məhsulun əsas hissəsi Türkiyə bazarına çatdırılacaq.
Artıq ”SOCAR Polymer” MMC Türkiyəyə məhsul - 170 ton polipropilen ixracına başlayır.
Ümumiyyətlə, ilin sonunadək 15 min ton polipropilen ixrac etmək planlaşdırılır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
Ən son xəbərləri səhifəmizdən də izləyin