Ən son xəbərlər

Son buraxılış
Arxiv

Seysmik zonalar Xəzərdə sunaminin yaranmasına səbəb ola bilər

Seysmik zonalar Xəzərdə sunaminin yaranmasına səbəb ola bilər

İqlim dəyişiklikləri və su ehtiyatlarından istifadə Xəzər dənizində su səviyyəsinin azalmasına səbəb olub. Buna görə də Xəzər dənizinin gələcək on ilini proqnozlaşdırmaq mümkün deyil.

Trend-in məlumatına görə, bunu İranın Xəritəçəkmə Təşkilatının Su səviyyəsinin müəyyənləşməsi məsələləri üzrə direktoru Əli Sultanpur İRNA-ya verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, İranın Xəritəçəkmə Təşkilatı üç dekadada xəritələrin hazırlanması, ölkənin şimal və cənub sahillərində su səviyyəsi ilə əlaqədar işləri öz üzərinə götürüb: "Son dekadada bu təşkilatın məlumatları Xəzər dənizinin su səviyyəsinin bir metrə qədər azaldığını göstərir. Dənizin suyu 370 kvadratkilometr azalıb".

Xəritəçəkmə təşkilatının rəsmisi əlavə edib ki, qapalı dənizlər və ya beynəlxalq sulara çıxşı olan dənizlərin su səviyyəsinin dəyişilməsi fərqlidir. O xatırladıb ki, təxminən üç dekada əvvəl yağıntıların artması Xəzər dənizində su səviyyəsinin artması və bəzi sahillərin su altında qalmasına gətirib çıxardı: "Bir çox hidrometeoroloqlar Xəzər dənizində su səviyyəsindəki dəyişikliyi dövri hesab edirlər. Amma unutmayaq ki, bu, Urmiya gölü haqqında da deyilirdi. Belə ki, su səviyyəsi artır və azalır. Amma bu baş vermədi və Urmiya qurudu".

Sultanpur əlavə edib ki, Xəzər dənizinin su səviyyəsinin azalması nəticəsində dəniz suyunun geri çəkilməsi insanların dəniz zolağı ilə əlaqədar məsələlərə riayət etməmələri və dəniz zolağında müxtəlif işlər görmələrinə səbəb olub: "Bu məsələ su səviyyəsinin artması ilə böyük problemə çevrilə bilər. Buna görə bu məsələyə də diqqət göstərmək lazımdır. Xəzər dənizi tektonik baxımından təkanların baş verə biləcəyi bölgədir. Onun dibində olan seysmik zonalar Xəzərdə sunaminin və dalğaların yaranmasına səbəb ola bilər. Buna görə də dənizin sahil zolaqlarının qorunması həmişə diqqət mərkəzində olmalıdır”.

 

Əlipənah BAYRAMOV,
Xalq qəzeti”

8 Oktyabr 2018 15:32 - EKOLOGİYA
EKOLOGİYA
13 Dekabr 2018 | 14:14
Birgə seminar keçirilib
7 Dekabr 2018 | 18:42
Brakonyerlər saxlanılıb
6 Dekabr 2018 | 19:29
Mətbuat konfransı keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin