Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda yeni elektrik stansiyaları istifadəyə veriləcək

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, 16,5 meqavat gücündə olan “Lerik” modul elektrik stansiyasının açılışına hazırlıq işləri yekunlaşmaq üzrədir. "Tikinti və montaj işləri, habelə digər işlər artıq başa çatdırılıb, stansiyanın açılması üçün hazırlıq işləri başa çatır", - deyə Energetika Nazirliyindən bildirib.

Nazirlikdən qeyd ediblər ki, “Şimal-2” və Ordubad su elektrik stansiyalarının tikintisi də davam etdirilir.

"Şimal-2" elektrik stansiyasındakı işlər "Azərenerji" ASC tərəfindən hazırlanmış cədvələ uyğun olaraq davam edir. Stansiyanın ikinci enerji blokunun inşası, birinci enerji bloku ilə birləşməsi, soyuducu sistemin çıxış kanalının tikintisi, yanğın söndürmə sistemi və dəniz suyunun təmizlənməsi üçün quraşdırma işləri başa çatdırılıb. Eyni zamanda, yarımstansiyaların və paylayıcı qurğuların tikintisi başa çatdırılıb, onların təhlükəsizlik sistemləri quraşdırılıb. Stansiyanı mərkəzi elektrik stansiyalarına birləşdirən dörd 220 kilovoltluq elektrik xəttləri tikilib, beş ədəd 110 kilovoltluq elektrik xəttində təhlükəsizlik sistemləri təkmilləşdirilib.

Xatırladaq ki, hazırda Azərbaycanın enerji sisteminin tutumu 6 min meqavadan çoxdur.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

8 Oktyabr 2018 15:30 - CƏMİYYƏT
CƏMİYYƏT
29 Mart 2020 | 12:44
Biz birlikdə güclüyük

Köhnə versiyamızdan xəbərləri izlə