• RUB: 0.0259
  • TRY: 0.3042
  • EUR: 1.9550
  • USD: 1.7000
  • Bakı + 21.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Astara rayonunda regional müşavirə keçirilib

Astara rayonunda regional müşavirə keçirilib

Astara rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti tərəfindən “Respublikanın meyvə və sitrus bağlarının xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsi” mövzusunda regional müşavirə keçirilib.

“Meyvə və sitrus bağlarında xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin təşkili” mövzusunda çıxış edən Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov bildirib ki, Dövlət Xidməti tərəfindən fiziki və hüquqi şəxslərin müraciəti əsasında bitki və bitkiçilik məhsulları saxlanılan anbarlarda, bazarlarda, həyətyanı sahələrdə və digər saxlanma yerlərində müayinələr və müşahidələr aparılır, eyni zamanda profilaktik və fitosanitar xidmətləri həyata keçirilir. Xidmətin mütəxəssisləri hüquqi və fiziki şəxslərə onların müraciəti əsasında bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələr verirlər.

Ələddin Eyvazov qeyd edib ki, RBMM tərəfindən respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədi ilə beynəlxalq standartların tələblərinə uyğun təcrid və ləğvedici tədbirlər həyata keçirilib. 2018-ci ilin 8 ayı  ərzində  respublika ərazisində zərərverici və xəstəliklərə qarşı 3.929.237 hektarda fitosanitar müşahidə işləri aparılıb, 1.846.321 hektarda sirayətlənmə aşkar olunub, 1.329.065 hektarda mübarizə tədbirləri aparılıb ki, bunun da 173.868 hektarı büdcə vəsaiti hesabına olub.

Müşavirənin ikinci hissəsi açıq tarla şəraitində keçib və fermer təsərrüfat sahiblərinin, fiziki və hüquqi şəxslərin sualları cavablandırılıb. Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydalarına düzgün əməl olunması, həmçinin zərərverircilərə və xəsətəliklərə qarşı mübarizə tədbirlərinin düzgün aparılmsı ilə bağlı müvafiq tövsiyələr verilib. 

                       

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

8 Oktyabr 2018 15:18 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin