Ən son xəbərlər

Son buraxılış
Arxiv

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində yağan yağış nəticəsində respublikanın bəzi çaylarında, xüsusən də, Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub.

Milli Hidrometeorologiya Departamentindən aldığımız məlumatda deyilir ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında 70-150, Naxçıvan MR-də Naxçıvançay çayında 5 faizini təşkil edir.

Oktyabrın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 160 kubmetr olmaqla ongünlük normanın 99 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 130 kubmetr olmaqla ongünlük normanın 80 faizini təşkil edib.

Məlumatda daha sonra qeyd edilir ki, Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik  müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 82 kubmetr olmaqla, ongünlük normanın 86 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 68 kubmetr təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik  müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan və Araz çayının Novruzlu məntəqəsində 4 sm artım, Salyanda 6, Bankədə 4 sm azalma qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 333 sm (2017-ci il oktyabrın 8-də 432 sm), Şirvanda 195 sm (2017-ci il oktyabrın 08-də 343 sm), Salyanda 139 sm (2017-ci il oktyabrın 08-də 274 sm), Bankədə 173 sm (2017-ci il oktyabrın 08-də 217 sm), Araz çayının Novruzlu məntəqəsində isə 42 sm (2017-ci il oktyabrın 08-də 170 sm) təşkil edir. 

 

Samirə Əliyeva,
“Xalq qəzeti”            

8 Oktyabr 2018 14:28 - EKOLOGİYA
EKOLOGİYA
7 Dekabr 2018 | 18:42
Brakonyerlər saxlanılıb
6 Dekabr 2018 | 19:29
Mətbuat konfransı keçirilib
4 Dekabr 2018 | 17:58
Yaponiyada yay havası

Ən son xəbərləri səhifəmizdən də izləyin