• RUB: 0.0259
  • TRY: 0.3042
  • EUR: 1.9550
  • USD: 1.7000
  • Bakı + 21.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan əşyalar sahiblərinə təhvil verilib

“BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan əşyalar sahiblərinə təhvil verilib

Bakı Nəqliyyat Agentliyinin məlumatında bildirilib ki, sentyabr ayında “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 7 ədəd çanta, 5 ədəd mobil telefon, 3 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 2 ədəd pulqabı, 1 nəfərə məxsus şəxsiyyət və sürücülük vəsiqələri, 1 nəfərə məxsus pasport və 1 nəfərə məxsus iş vəsiqəsi sahibinə təhvil verilib. Eyni zamanda, sahiblərinə çatdırılması üçün 34 sənəd, kart və əşya Bakı Şəhər Baş Polis İdarəsinə, 6 sənəd isə “Poçtap” xidmətinə təqdim edilib.

Həmçinin, sentyabr ayında avtobuslarda tapılan Rəhilə Əziz qızı Əhmədova, İlkin Əlipənah oğlu Əlişzadə və Eldar Camal oğlu Əhmədova məxsus şəxsiyyət vəsiqəsi, Əliyar Ramin oğlu Şəfiyevə məxsus hərbi bilet, Fərid Vidadi oğlu Cabbarlıya məxsus sürücülük vəsiqəsi, Anar Sadıqov, Qabil Quliyev və Babək Nağıyevə məxsus bank kartları, Günay İldırım qızı Zeynallıya məxsus iş vəsiqəsi, Səbuhi Əli oğlu Abbasova və Zaur Məcid oğlu Həmzəyevə məxsus müxtəlif sənədlər “BakuBus” MMC-dədir. İçərisində Tutu Nəcməddin qızı İsgəndərovaya məxsus şəxsiyyət vəsiqəsi və Röya Ataş qızı Xanışovaya məxsus tələbə bileti olan çantalar, Gülər Akif qızı Məmmədovaya məxsus diplomun surəti olan qovluq, eləcə də sahibləri məlum olmayan əşyalar “BakuBus” MMC-də saxlanılır.

Vətəndaşlar “BakuBus” MMC-yə müraciət edərək özlərinə məxsus sənəd və əşyaları təhvil ala bilərlər.

Qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.

 

Ü.VAHİDQIZI,
“Xalq qəzeti”

8 Oktyabr 2018 12:38 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin