• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 20.9 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsil naziri Ceyhun Bayramov UNESKO Baş katibinin təhsil məsələləri üzrə müavini ilə görüşüb

Təhsil naziri Ceyhun Bayramov UNESKO Baş katibinin təhsil məsələləri üzrə müavini ilə görüşüb

Təhsil naziri Ceyhun Bayramov Bakı şəhərinin Ümumdünya Sərgisində namizədliyinə dair “İnsan kapitalının inkişafı, daha yaxşı gələcəyin qurulması” mövzusunda simpoziumda iştirak məqsədilə Fransaya səfəri çərçivəsində UNESKO-nun Parisdəki Baş qərargahında bu qurumun Baş katibinin təhsil məsələləri üzrə müavini xanım Stefaniya Canini ilə görüşüb.

Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, nazir görüşdə ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində son illərdə aparılan islahatlar haqqında məlumat verib, Azərbaycanla UNESKO arasında dinamik əlaqələrin qurulmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolunu vurğulayıb.

Görüşdə Azərbaycan ilə UNESKO arasında təhsil sahəsində əlaqələrin inkişafı prosesi və gələcək perspektivləri müzakirə olunub.

Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov görüşdə iştirak edib.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

8 Oktyabr 2018 12:34 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin