Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq öz liderinə inanır və onun ətrafında birləşib

Otuz ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik yeddi  rayonu ermənilər tərəfindən işğal edilib. Bu müddət ərzində düşmən dəfələrlə atəşkəs rejimini pozaraq Azərbaycan ərazisini işğal etməyə cəhd göstərsə də, hər dəfə Milli Ordumuz tərəfindən geri oturdulmuş və ağır itkilərlə üzləşmişlər.

Lakin bundan nəticə çıxarmayan bədnam qonşularımız bu yaxınlarda iyulun 12-də dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin  mövqelərini ağır silahlardan güclü artilleriya atəşinə tutaraq hücuma keçmişlər.

Gözlənilməz zərbə nəticəsində bizim bir neçə yüksək rütbəli hərbçimiz: əsgər və zabitlərimiz həlak olmuş, yaralanmışlar. Ermənilər bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etsələr də, kimsəni inandıra bilməmişlər.

Çünki, bu  heç bir məntiqi əsasa söykənmir və ümumiyyətlə, Azərbaycanın Ermənistan dövlət sərhədində təxribat törətmək məqsədi yoxdur.

Azərbaycan Silahlı Qüvvələri qəfil zərbədən şəhid olmuş hərbçilərimizin intiqamını almış, düşmənə ağır zərbə endirmişlər. Onlar bu hadisəni uzun illər sonra da yaddan çıxara bilməyəcək və öz məğlubiyyətləri ilə barışmalı olacaqlar.

Təxribat aparılan ərazilərimizdə dövlət nümayəndələri, jurnalistlər bu günlərdə xalqımızın yznında olmuşlar.

2016-cı il   Aprel döyüşlərində öz rəşadəti ilə düşmənə qalib gələn, yüksək dövlət ordeni ilə təltif edilən, orduda çox böyük hörmət sahibi olan general-mayor Polad Həşimov təəssüf ki, şəhid olmuşdur. Şəhidlərimizin qanı qısa müddətdə alınmışdır. Düşmənin onlarla hərbçisi məhv edilmiş, onların sərhəd boyu yerləşdirdikləri dayaq məntəqələrinin bir çoxu məhv edilmişdir.

Bu əməliyyat Azərbaycan Ordusunun şanlı qələbəsidir. Aprel döyüşlərində olduğu kimi, son əməliyyatda da mənfur qonşular kəndlərimizi atəşə tutmuş, 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Mülki əhaliyə qarşı törədilən vəhşilik Ermənistanın faşist dövlət olduğunun təsdiqidir.  

Ali Baş Komandanımızın  qeyd etdiyi kimi, Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməz. Azərbaycan torpaqlarının itirilməsi o vaxt hakimiyyətə göz dikmiş Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir.

Son günlər baş vermiş toqquşmalar və qanlı döyüşlər dövlətimizin və ordumuzun gücünü, xalqla iqtidar arasındakı birliyi sübut etdi.

Operativ məlumatlara görə hazırda Ermənistanda bəzi kəndlər və şəhərlər boşalır. Azərbaycanda isə heç bir vətəndaş uşaqdan- böyüyə öz evini tərk etmir, müdafiəyə hazır olduqlarını bildirir, öz torpağında ləyaqətlə yaşayır.

Azərbaycan Ordusu tərəfindən layiqli cavab alan Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edərək, onlardan yardım istəmiş, haray-haray qoparmışdır. Lakin həmin təşkilatın üzvləri ermənilərin xislətinə bələd olduqlarına görə buna əhəmiyyət verməmişlər.  

Azərbaycanın haqq işi dünyanın bir çox dövlətləri tərəfindən dəstəklənmişdir, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan öz qardaşlıq münasibətini dərhal nümayiş etdirmişdir.

Ordumuzun uğurlu əməliyyatı, qazandığı qələbə xalqımızı ruhlandırdı, coşdurdu. Biz, öz ordumuzla  və Ali Baş Komandanımızla fəxr edirik.

Rəna Naibova,
Bakı şəhəri Nəsimi rayonundakı 35 nömrəli tam orta məktəbin direktoru

20 İyul 2020 09:24 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə