• RUB: 0.0259
  • TRY: 0.3042
  • EUR: 1.9550
  • USD: 1.7000
  • Bakı + 21.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıtda aktiv məşğulluq tədbirində 154 vakant iş yeri təqdim edilib

Sumqayıtda  aktiv məşğulluq tədbirində 154 vakant iş yeri təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən ali təhsil müəssisələrinin tələbə və məzunlarının əmək bazarına uğurlu inteqrasiyası üçün Sumqayıt Dövlət Universitetində “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirilib.

Tədbirdə 15 işəgötürən müəssisə və təşkilat iştirak  edib. Bunlardan  3-ü  dövlət, 12-si qeyri-dövlət müəssisəsi olub. İşəgötürənlər tədbirə 154 boş iş yeri təqdim ediblər.

Sumqayıt şəhər Məşğulluq Mərkəzinin və Sumqayıt Dövlət Universitetinin nümayəndələri tədbirdə iştirak edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 Oktyabr 2018 12:25 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin