• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 21.4 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şair Musa Yaqub Bakıya döndü: “Getdikcə yaxşılaşıram...”

Şair Musa Yaqub Bakıya döndü: “Getdikcə yaxşılaşıram...”

 Xalqın sevimli şairi Musa Yaqub bu günlərdə Bakıya geri dönüb.

Bu barədə şairin özü deyib: “Getdikcə yaxşılaşıram. Şükürlər olsun ki, babatam. Bu günlərdə Bakıya gəldim. Müalicəmə bundan sonra Bakıda davam edəcəm. Dostlarım hər zaman yanımda oldu. Bakıya döndükdən sonra bəzilərini hələ ki, görməmişəm”.

Şair yazdığı son şeirlərindən də söz açıb: “Şeir yazıram, amma çox yavaş sürətlə. Hər kəsə çox sağ ol deyirəm ki, mənim üçün narahat oldular. Mənə elə gəlir ki, mənə xalq, el sevgisi kömək etdi, Pərvərdigar razılıq verdi ki, yenidən həyata qayıtdım”.

Xatırladaq ki, şair Musa Yaqub uzun müddətdir ki, Parkinson xəstəliyindən əziyyət çəkir. Bir müddət bundan əvvəl xəstəlik şiddətləndiyi üçün onun səhhətində ciddi problemlər yaranmış, vəziyyəti ağırlaşmış və müalicəsi üçün doğulduğu İsmayıllının Buynuzlu kəndinə köçmüşdü.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 Oktyabr 2018 12:22 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin