Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pediatriyanın aktual problemləri” adlı elmi-praktik konfrans keçirilib

Pediatriyanın aktual problemləri” adlı elmi-praktik konfrans keçirilib

Bakıda “Pediatriyanın aktual problemləri” adlı elmi-praktik konfrans keçirilib. “Fairmont Baku Flame Towers Hotel”də baş tutan konfransı giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin (ATU) professoru Surxay Musayev təşkilatçılara təşəkkür edib.

S.Musayev belə aktual mövzularda məruzələrin pediatrların peşəkar fəaliyyətində faydalı olacağına, həmçinin həkimlərin bu cür elmi-praktiki tədbirlərdə mənimsədikləri akademik biliklərin xəstələrə göstərilən tibbi yardımın keyfiyyətinin artmasına zəmin yaradacağına inandığını bildirib.

Konfransda Türkiyədən dəvət olunmuş Qazi Universiteti Tibb Fakultəsinin Uşaq Yoluxucu Xəstəliklər Bölümünün rəhbəri, professor Hasan Tezer “Uşaqlarda antibiotiklərin rasional istifadəsi” , ATU-nun I Uşaq xəstəlikləri kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Nigar Sədiyeva “Uşaq inkişafı-müasir yanaşma” mövzuları ilə çıxış ediblər.

Konfransın sonunda mövzular ətrafında müzakirələr aparılıb, həkimlərin sualları cavablandırılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 Oktyabr 2018 12:12 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin