Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 254 Bakı şəhəri, 17 iyul 2020-ci il

 

“Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademi­yasında yeni maliyyələşmə mexa­nizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli / 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Kons­titusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqın­da” Azərbaycan Respublikası Prezi­dentinin 2020-ci il 17 aprel tarixli 996 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Ali təhsil müəssisələrində və ma­gistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2010, № 6, maddə 564; 2012, № 1, maddə 30, № 11, maddə 1208; 2013, № 9, maddə 1133; 2014, № 2, maddə 201; 2015, № 4, maddə 466, № 8, maddə 964; 2016, № 5, maddə 955, № 12, maddə 2239; 2017, № 4, maddə 642; 2018, № 3, maddə 590, № 11, maddə 2431; 2019, № 10, maddə 1675; 2020, № 3, maddə 342) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissədə “bakalavriat və magistratura” sözləri “bakalavriat, ma­gistratura, doktorantura (dissertantlıq istisna olmaqla)” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respub­likasında ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magist­ratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magist­ratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları” üzrə:

2.1. adında və 1.1-ci bəndində “bakalavriat və magistratura” sözləri “bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla)” sözləri ilə əvəz edilsin;

2.2. 1.3-cü bəndə “həm magistra­tura” sözlərindən sonra “, doktorantura (dissertantlıq istisna olmaqla)” sözləri əlavə edilsin;

2.3. 2-ci hissə üzrə:

2.3.1. ikinci abzasa “ixtisaslar” sözündən sonra “və doktorantura (dis­sertantlıq istisna olmaqla) səviyyəsində elm sahələri” sözləri əlavə edilsin;

2.3.2. dördüncü abzasda “xərclər” sözü “illik təhsil xərcləri” sözləri ilə əvəz edilsin;

2.4. 3.1-ci bənddə “xərclərin” sözü “illik təhsil xərclərinin” sözləri ilə əvəz edilsin və həmin bəndə “ixtisasların” sözündən sonra “və doktorantura (dis­sertantlıq istisna olmaqla) səviyyəsində elm sahələrinin” sözləri əlavə edilsin;

2.5. 3.2-ci bənddə “təhsil xərclərinin” sözləri “illik təhsil xərclərinin” sözləri ilə əvəz edilsin;

2.6. 4.1-ci bənd üzrə:

2.6.1. birinci cümlədə “Hər il” sözləri “Hər tədris ili” sözləri ilə, “aidiyyəti sahə nazirlikləri” sözləri “, ali təhsil müəssisələrinin doktorantura (disser­tantlıq istisna olmaqla) səviyyəsi üzrə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin aidiyyəti dövlət orqanları (qurumları)” sözləri ilə əvəz edilsin;

2.6.2. ikinci cümlə aşağıdakı redak­siyada verilsin:

“Hər il noyabrın 1-dək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respubli­kasının Maliyyə Nazirliyi və aidiyyəti dövlət orqanları (qurumları) ilə növbəti tədris ili üçün razılaşdırılmış təklifləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.”;

2.7. 4.2-ci bənd aşağıdakı redaksi­yada verilsin:

“4.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, aidiyyəti dövlət orqanlarının (qurumlarının) təqdim etdikləri təkliflər əsasında hər il aprelin 1-dək növbəti tədris ili üçün müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura (dissertant­lıq istisna olmaqla), əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrinə tələbə qəbulunu müəyyən edir.”;

2.8. 4.3-cü bənddə “hər tədris ili üzrə təkliflərini hər il fevralın 1-dək” sözləri “hər il oktyabrın 1-dək növbəti tədris ili üzrə təkliflərini” sözləri ilə əvəz edilsin;

2.9. 4.4-cü, 4.5-ci və 4.6-cı bəndlərdə ismin müvafiq hallarında “abituriyentlər” sözü ismin müvafiq hal­larında “şəxslər” sözü ilə əvəz edilsin;

2.10. 5.2-ci və 5.3-cü bəndlər aşağı­dakı redaksiyada verilsin:

“5.2. Azərbaycan Respublikası­nın Təhsil Nazirliyi ilə bakalavriat və magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələri üzrə ali təhsil müəssisələri və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademi­yası arasında hər il sentyabrın 15-dək, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsi üzrə ali təhsil müəssisələri arasında isə hər il okt­yabrın 15-dək bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun olaraq müqavilə imzalanır.

5.3. Bakalavriat və magistratura, əsas (baza ali) tibb təhsili və rezidentu­ra səviyyələri üzrə ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası ilə dövlət sifarişi əsasında təhsil alacaq təhsilalan arasında hər il sentyabrın 15-dək, doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsi üzrə ali təhsil müəssisəsi ilə dövlət sifarişi əsasında təhsil alacaq təhsilalan arasında isə hər il oktyabrın 15-dək bu Qaydala­rın 2 nömrəli əlavəsinə uyğun olaraq müqavilə imzalanır.”;

2.11. 5.4-cü bənddə “təhsil proq­ramlarına” sözləri “normativ təhsil müddətinə” sözləri ilə, “bakalavriat və əsas (baza ali) tibb təhsili və ya magistratura və rezidentura” sözləri “bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura, rezidentura və dokto­rantura (dissertantlıq istisna olmaqla)” sözləri ilə əvəz edilsin;

2.12. həmin Qaydalara 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında Nümunəvi Çərçivə Müqaviləsi” üzrə:

2.12.1. yuxarı sağ küncündə “bakalavriat və magistratura” sözləri “bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla)” sözləri ilə əvəz edilsin;

2.12.2. 1.2-ci bənd aşağıdakı redak­siyada verilsin:

“1.2. Bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və reziden­tura səviyyələrinə 2010/2011-ci tədris ilindən, doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsinə 2020-ci ildən başlayaraq qəbul olunanlara münasibətdə hər il dövlət sifarişi­nin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı əsasında müəyyən olunur.”;

2.12.3. 2.1-ci bənddə “abituriyentin” sözü “şəxsin” sözü ilə və ismin müvafiq hallarında “təhsil xərcləri” sözləri ismin müvafiq hallarında “illik təhsil xərcləri” sözləri ilə əvəz edilsin;

2.12.4. 2.3.1-ci yarımbənddən “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı daxilində” sözləri çıxarılsın;

2.12.5. 2.3.4-cü yarımbənddə və 3.1-ci bənddə “təhsil xərclərinin” sözləri “illik təhsil xərclərinin” sözləri ilə əvəz edilsin;

2.13. həmin Qaydalara 2 nömrəli əlavə - “Ali təhsil müəssisəsi və magist­ratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan arasında Nümunəvi Fərdi Müqavilə” üzrə:

2.13.1. yuxarı sağ küncündə “bakalavriat və magistratura” sözləri “bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla)” sözləri ilə əvəz edilsin;

2.13.2. 1.2-ci bənd aşağıdakı redak­siyada verilsin:

“1.2. Bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və reziden­tura səviyyələrinə 2010/2011-ci tədris ilindən, doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsinə 2020-ci ildən başlayaraq qəbul olunanlara münasibətdə hər il dövlət sifarişi­nin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı əsasında müəyyən olunur.”;

2.13.3. 2.1-ci və 3.1-ci bəndlərdə “təhsil xərclərinin” sözləri “illik təhsil xərclərinin” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə