• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 20.9 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qubada Xalq şairi Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Qubada Xalq şairi Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Quba rayon MKS-nin Qırmızı qəsəbə Kitabxanasında Azərbaycanın Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyi ilə əlaqədar “Ömür yollarında” mövzusunda tədbir keçirildi.

Tədbirin təşkilatçıları kitabxananın filial müdiri Leyla Məmmədova çıxışında “Məmməd Araz ədəbi yaradıcılığa 1952-ci ildə başlamışdır. ”Yanın işıqlarım”, “Vətən torpağı”, “Necə unudum səni? adlı şeirlərin, “Məndə insan oldum”, “Əsgər qəbri haqqında ballada”, “Atamın kitabı” fəlsəfi-psixoloji səpkidə yazılmış poemaların müəllifidir. Məmməd Araz 1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni, 1 medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabddin Tağıyev adına 8 milli mükafatın laureatıdır. Onun adına “Məmməd Araz” mükafatı təsis olunmuşdur.” – deyə qeyd etmişdir. Sonra söz tədbir iştirakçılarına verildi.

Tədbirdə iştirak edən 2 saylı məktəbin müəllimləri şairin həyat və yaradıcılığı, onun şeirlərində Azərbaycan təbiətinin gözəlliklərinin canlandırılmasından bəhs etdilər. Sonda 2 saylı məktəbin şagirdləri ədəbi, bədii kompozisiya ilə çıxış etdilər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

8 Oktyabr 2018 12:02 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin