Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın bədii filmi “Hollivud”da qələbə qazandı

Azərbaycanın bədii filmi “Hollivud”da qələbə qazandı

Azərbaycanda istehsal edilmiş “Şollerin arxivi” bədii filmi 30 sentyabr tarixində ABŞ-ın Kaliforniya ştatında yerləşən dünya şöhrətli Hollivud kino mərkəzində keçirilən “Qlobal Qeyri-zorakı Film Festivalı”nın  “ən yaxşı mövzu” mükafatına layiq görülüb.

Bu barədə  filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov Modern.az-a məlumat verib.

O, bildirib ki, oktyabrın 1-də Münsiflər Heyəti festivalda qalib gələn filmləri təqdim edərək, mükafat qazanan ekran əsərlərinin adlarını açıqlayıb. “Şollerin arxivi” də həmin siyahıda olub.

Mükafatın təqdimat videosu Festivalın Vimeo TV kanalına yüklənəcək. Festivalda 11 gün ərzində nümayiş etdirilmiş 32 filmin vidotəqdimatı da sonsuza qədər olan kanalın arxivində qalacaq. Bəzi tammetrajlı filmlərin videosu isə kinorejissorlarla saziş əsasında oktyabrın 2-də günün sonunda kanaldan götürüləcək.

 

M .MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

8 Oktyabr 2018 11:48 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə