Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 256 Bakı şəhəri, 17 iyul 2020-ci il

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından və 6.1-ci bəndindən “Lənkəran,” və “Samux,” sözləri çıxarılsın;

1.2. 1-ci hissədən “Lənkəran,” və “Samux,” sözləri çıxarılsın və həmin hissədə “20 iyul” sözləri “5 avqust” sözləri ilə əvəz edilsin;

1.3. 1.1.4-cü yarımbənd ləğv edilsin;

1.4. 1.1.5-ci yarımbənddən “onlayn” sözü çıxarılsın;

1.5. 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərdə “2 (iki) saat” sözləri “3 (üç) saat” sözləri ilə əvəz edilsin;

1.6. həmin Qərara əlavə - “Fəaliyyətinə icazə verilən sahələr”in 6.6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.7-ci bənd əlavə edilsin:

“6.7. bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət).”.

2. “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 iyul tarixli 236 nömrəli Qərarının 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. mətnindən “Lənkəran,” və “Samux,” sözləri çıxarılsın;

2.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin;

“2.1. 2020-ci il 25 iyul saat 00:00-dan 2020-ci il 27 iyul saat 06:00-dək, 2020- ci il 1 avqust saat 00:00-dan 2020-ci il 3 avqust saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır;”;

2.3. 2.2-ci bənddə “20 iyul” sözləri “5 avqust” sözləri ilə əvəz edilsin.

3. Müəyyən edilsin ki, bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət) “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodik göstərişlər”in tələblərinə uyğun həyata keçirilir.

4. Bu Qərar 2020-ci il 20 iyul tarixindən qüvvəyə minir.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə