Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il 50,6 min tonadək polipropilen ixrac olunub

Yanvar-iyun aylarında Azərbaycandan 50,6 min tonadək polipropilen ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, hesabat dövründə ixrac olunan polipropilenin dəyəri isə 39,8 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi üzrə inşa olunan polipropilen zavodunun illik istehsal gücü 184 min tondur. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-dən polipropilenin ixracına başlanılıb.

V. BAYRAMOV,
“Xalq qəzeti”

17 2020 14:12 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə