Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin ABŞ-dakı səfirliyində Ermənistanın Azərbaycana təcavüzu pislənmişdir

Türkiyənin Amerikadakı Səfirliyində 15 iyul şəhidlərinin anım mərasimi keçirilmişdir.  Tədbirdə Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç 4 il əvvəl Türkiyədə  15 iyul gecəsində baş verən faciəli hadisələrdən danışmışdır. Sonra baş tutmamış dövlət çevrilişi haqqında  film numayiş etdirilmiş, 15 iyul gecəsində baş verənlərin fotoşəkillərindən ibarət  sərgiyə baxılmışdır.

Türkiyə mətbuatına istinadla Egey Universitetinin professoru, soydaşımız Aydın İbrahimovun verdiyi məlumatda bildirilir ki, ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanovun  da ştirak etdiyi tədbirdə Türkiyə səfiri Sərdar Kılıç Azərbaycanın Tovuz rayonunda  baş verən erməni təcavuzundən də danışmış, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın erməni təxribatı ilə bağlı bəyanatını xatırladaraq Türkiyənin  hər zaman Azərbaycanın yanında olduğunu bildirmişdir. Səfir baş verənləri təcavuz adlandırmış və Ermənistanın dinc əhaliyə hucumlarını pisləmişdir.

Tədbirdə cıxış edən Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanov  Türkiyə səfiri Sərdar Kılıca göstərilən mötəbər dəstəyə görə təşəkkür etmiş, 4 il əvvəl baş vermiş 15 iyul hadisələrində  türk xalqının və  ölkə liderinin qəhrəmanlığını  vurğulamışdır.  Səfir E. Süleymanov bildirmişdir ki,  Azərbaycanın son günlərdə yaşadığı təcavüzə ilk təpki göstərən və ölkəmizi dəstəkləyən də qardaş Türkiyə oldu. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Xarici işlər naziri Mövlud Çavuşoğlunun, digər dövlət və hökumət adamlarının, o cümlədən türk xalqının ölkəmizə dəstəyini yüksək dəyərləndirmişdir.

“Xalq qəzeti”

 

16 2020 17:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə