Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Viruslu xəstələrə psixoloji yardım və düzgün müalicə prinspləri

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 15 iyul 2020-ci il tarixində “COVID-19 diaqnozlu xəstələrə psixoloji yardım və düzgün müalicə prinspləri” mövzusunda video-konfrans keçirilib.

“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın moderatorluğu ilə keçirilən video-konfransda koronavirusa (COVID -19) qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən işlər, bu infeksiyaya yoluxmuş xəstələrə psixoloji yardım və müalicədən sonrakı dönəmdə özünütəcrid, sosial izloyasiya tədbirləri barədə fikir mübadiləsi aparılıb. Yazgül Abdıyeva əvvəlcə düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun əsgərlərinin, general mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldıqlarını söyləyərək, Allahdan onlara rəhmət dilədi. Tezliklə üç rəngli bayrağımızın Qarabağda dalğalanacağına inandığımızı qeyd etdi.

O, pandemiya dövründə görülən işlərin vacibliyindən də söz açaraq hər kəsi yenidən bu mübarizəyə qoşulmağa dəvət etdi. Pandemiya ilə mübarizədə ön cəbhədə duran həkimlərimizi, təhlükəsizliyimizi qoruyan polislərimizi alqışladığını vurğuladı. Daha sonra mütəxəssislər çıxışlarına başladı.

Video-konfransada psixiatr doktor Mustafa Güveli “COVID --19-lu xəstələrə psixoloji yardım proqramı”, infeksiya xəstəlikləri və kliniki mikrobiologiya uzmanı, doktor Mədinə Abdullayeva “COVID-19-lu xəstələrə reanimasiyaya qədər olan yardım”, reaninmatoloq-anestezioloq doktor Şahin Məmmədov “COVID-19-lu xəstələrdə reanimasyon tədbirlər və bakterioloji ağırlaşmalar”, kardioloq, tibb üzrə fəlsəfə doktoru Təranə Cavadova tərəfindən isə “COVID-19 pandemiyası zamanı kardial statusun qiymətləndirilməsi” mövzularında çıxışlar səsləndirildi.

Daha sonra  qastroenteroloq Arzu Hüseynova COVID -19- lu xəstələrin düzgün dərman və qida qəbulu haqqında məlumat verdi. Suallar və təkliflər səsləndirildi.

Hazırladı:
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 2020 17:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə