Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kütləvi tədbirlər, aksiyalar ölümsaçan vurusa hamılıqla yoluxma mənbəyidir

Tanınmış invaziv kordioloq, Milli Məclisin deputatı

Rəşad Mahmudov işğalçı Ermənistanın hərbi-siyasi təxribat törədərək Azərbaycan sərhədlərini aşmaq cəhdinin qəzəblə qarşılanmasından qaynaqlanan və  düşmənə ağır zərbələr vuraraq onu geri oturtmuş ordumuza ümumxalq dəstəyi ifadə etmək məqsədi ilə keçirilən kortəbii aksiyarının törətdiyi təklükə ilə bağlı soydaşlarımıza media ilə müraciətində aşağıdakıları bildirib:

– Düşmənin dövlət sərhədimizi pozmaq cəhdi və bu təxribatın  qarşısının alınması ilə bağlı aparılan hərbi əməliyyatların doğurduğu əks-səda hər birimiz üçün üzücüdür. Bu hadisələr dünya ictimaiyyətini və bir çox dövlətləri də narahat etməyə başlayıb. Lakin dünya və insanlıq üçün real təhlükə trədən epidiomoloji şəraitdə bu hadisələrə tələsik qiymət vermək, habelə sağlam düşüncə və məntiqdən çıxış edərək onları dəyərləndirmək tələb olunur. Digər tərəfdən Bakıda və ölkənin digər regionlarında insanlarının orduya dəstək yürüşlərinin keçirilməsi, ilk baxışda. Öyünclü görünsə də, əslində, belə vəziyyətdə emosiyaların cilovlana bilməməsinin göstəricisi oldu.

Pandemiya şəraitində gerçək yoluxma təhlükəsinə baxmayaraq, qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin, xüsusən Azərbaycan generalının son mənzilə yolasalma mərasimlərinin izdihamlı keçməsi  düşmənlərə qəzəb və gücümüzü göstərmək baxımından təsirli mənzərələr yaratdı. Lakin hansısa xırda ünsürlərin, yaxud təsir altına düşmüş cavanların insidentlər törətməsi, bir qrupun isə açıq qanunsuzluq edərək parlament binasına soxulması dərin təəssüf hissi doğurur.

Əlbəttə, bunlar barədə dövlətimiz və hüquq-mühafizə orqanları lazımi tədbirlər görür və görəcək. Bu tədbirlərin effektivliyinə və vaxtında görülməsinə mənim qətiyyən şübhəm yoxdur. Amma həqiqət budur ki, xalq dövlətinin yanındadır, ordusunun yanındadır və ümumi mənzərə hər birimizdə fəxarət hissi oyadır.

Həkim deputat açıqlamsının bu yerində ölkəmizin və xalqımızın təhlükəsiz yaşamı üçün önəmli bir məsələ ilə bağlı dərin narahatlığını da ifadə edib:

– Dəyərli dostlar və əziz vətəndaşlar! Mən Sizin diqqətinizi tamam başqa bir məsələyə çəkmək istəyirəm. Əmin olun ki, bu gün düşünülən hadisə, müharibə və qarşıdurma üçün seçilmiş zaman çərçivəsi, mənə görə, daha böyük planın tərkib hissəsidir. Pandemiya şəraitində kütləvi tədbirlər, aksiyalar ölümsaçan vurusa hamılıqla yoluxma mənbəyidir. Toplum halında belə yürüşlərin təşkilinin əsas hədəfi Azərbaycan vətəndaşını epidimoloji cəhətdən daha təhlükəli vəziyyətə salmaq ola bilər. Düşmən törətdiyi təxribatın davamı olaraq, Azərbayvanda dövlətə və orduya dəstəkvermə kimi həssas psixoloji amilə toxunmaqla, soydaşlarımızı kütləvi şəkildə toplaşmağa, yürüşlərə təhrik etməklə ölkədəki epidimoloji vəziyyəti daha da ağırlaşdırmaq niyyəti güdür.

İyulun 14-də baş tutan kütləvi mitinq tibbi-təşkilati baxımdan dövlətimizin 3--4 ay ərzində görmüş olduğu bütün epidiomoloji tədbirlərin üzərindən xətt çəkdi. Əfsuslar olsun ki, Vətən eşqi ilə yürüşə çıxan minlərlə insanlar bunun fərqində deyildi! Bu, sadəcə, çox ustalıqla hazırlanmış, düşmən qüvvələr və dünya tibb proseslərindən başı çıxan ekspertlər tərəfindən əvvəlcədən planlaşdırılmış təxribatdır.

Həkim-ekspert kimi mən bügünkü epidimoloji reallığı, hadisələrin siyasi oyun tərəfini, xarici qüvvələrin və düşmənlərimizin həyata keçirmək istədikləri planları, eləcə də müharibə şəraitini nəzərə alaraq, dövlət və bayraq sevdalısı olan hər bir kəsi daha dərindən düşünməyə dəvət edirəm. Bu, ən başlıcası, tibbi təhlükəsizlik baxımından zəriridir. Bu həm də dövlətimizin və cəmiyyətimizin gələcəkdə daha böyük problemlərlə üz-üzə qalmaması üçün lazımdır. Əks halda, müharibə şəraitində yaşayan ölkəmizdə, eləcə də ordumuzda yeni-yeni itkilər yaşana bilər, sıxıntılarımız daha çox ola bilər.

Nəzərə almalıyıq ki, ölkəmizi düşməndən qoruyan ordu öz işini rahat bir şəkildə görməlidir. Unutmamalıyıq ki, nəzarətdən çıxa biləcək epidimioloji vəziyyət həm də ailəsini, sevdiklərini arxa cəbhədə, bizimlə birlikdə buraxmış əsgər və zabitlərimiz üçün yeni bir üzüntü qaynağıdır.

Rəşad Mahmudov sonda deyib:  “Bunları nəzərə alaraq, düşünürəm ki, vətəndaşların emosiyalara qapılaraq evdən çıxıb kütləvi aksiyalara toplaşmaması üçün daha ciddi addımlar lazımdır. Müalicə taktikalarında bugünə qədər görülən tədbirlərdən daha fərqli işlərə ehtiyac var. Başqa halda biz müharibənin vurduğu dəhşətlərdən və zərərlərdən yüz dəfələrlə çox zərbə və itkilərə məruz qalmış olarıq. Tarix bunu bizə heç zaman bağışlamaz. Xalqımız böyük acılar yaşaya bilər, bunun qarşısını almaq isə çox çətin olar. Bu təhlükəni hər birimiz sağlam düşüncə ilə anlamalı və qəbul etməliyik.

Tanrı xalqımızı qorusun! Ordumuz və Ali Baş Komandanımız var olsun! Qoy hər bir vətəndaşımız taleyüklü günlərdə öz müstəqil dövləti və Prezidenti ilə gələcəyə daha təhlükəsiz bir şəkildə addımlasın!”

Hazırladı:
R.TAHİR,

“Xalq qəzeti”

16 2020 15:21 -

Köhnə versiyamızdan xəbərləri izlə