Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

76,1 min manat gecikdirilmiş sosial ödəmənin işçilərə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar-iyun aylarında vətəndaş müraciətlərinin araşdırılması zamanı 76,1 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Həmin vəsaitin 73,3 min manatı əmək haqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan ibarət olub.

Xidmət gecikdirilmiş vəsaitlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Görülən tədbirlər zamanı həmçinin aidiyyəti işəgötürənlərə müvafiq məsələlərlə bağlı əmək qanunvericiliyindən irəli gələn tələblər izah olunub.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 2020 14:28 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə