Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Millət vəkili Cavanşir Feyziyevin bəyanatına Avropa Parlamentindən reaksiya

Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev Ermənistanın hərbi təxribatı ilə bağlı Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə səlahiyyətli şəxslərinə müraciəti cavablandırılıb. Redaksiyamıza  daxil olan məlumata görə Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri xanım Marina Kalyurand  deputatın Ermənistanın təcavüz aktı, sərhəddə baş verən hadisələr və onların doğuracağı ağır nəticələrın bütün məsuliyyətin Ermənistanın siyasi hakimiyyətinin üzərinə düşdüyünu vurğulayan müraciətinə cavab olaraq Bəyanat yayımlayıb.

Xanım Kalyurand bəyanatında Azərbaycan-Ermənistan sərhədində baş verən və Tovuz rayonunda hərbi və mülki şəxslərin həlak olması ilə nəticələnən hərbi qarşıdurmaya görə dərin narahatlıq hissi keçirdiyini və həlak olmuş şəxslərin ailələrinə dərin hüznlə başsağlığını ifadə edib. Diplomat qeyd edib ki, Avropa Parlamentinin dəfələrlə qeyd etdiyi kimi, münaqişə BMT Nizamnaməsinə və ATƏT-in Helsinki Yekun Aktına uyğun şəkildə beynəlxalq hüquq normalarına əsasən həll edilməlidir.

Bəyanatda ATƏT-in Minsk Qrupunun 2009-cu il Əsas Prinsipləri əsasında münaqişənin həlli istiqamətində səylərinə dəstək ifadə olunur. Avropa Parlamentinin təmsilçisi tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa, gərginliyin artmasına xidmət edən bütün hərəkətlərdən çəkinməyə və münaqişənin dərinləşməsinin qarşısını almaq üçün danışıqlara başlamağa çağırış edib.

“Xalq qəzeti” 

16 2020 14:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə