Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaranmış gərginliyə görə işğalçı Ermənistanla yanaşı ATƏT-in Minsk qrupu da məsuliyyət daşımalıdır

“Ermənistan işğalçı siyasətini davam etdirmək üçün bütün vasitələrə əl atır. İyulun 12-də Tovuz istiqamətində mövqelərimizin atəşə tutulması və hücum edilməsi işğalçı Ermənistanın növbəti təxribatı idi və onun Dağlıq Qarabağ probleminin həllində maraqlı olmadığını göstərir. Ermənistan münaqişəyə son qoyulmasına və sülhün əldə edilməsinə qarşı növbəti təxribatını həyata keçirdi”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva dedi.

Deputat bildirdi ki, Ermənistan uzun illərdir işğalçılıq siyasətini davam etdirir. İşğal faktı nəticəsində Azərbaycanda bir milyondan çox insan doğma yurdlarında yaşamaq hüququndan məhrum edilib. Bu işğal siyasətinin davam etməsi qəbulolunmazdır. Onun sözlərinə görə, Ermənistan son təxribatı ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan--Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatlar, həm də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir.

S.Fətəliyeva Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020 - ci ilin birinci yarısnın sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran vəzifələrə həsr oluna iclasında da  mövcud vəziyyətə münasibət bildirdi. Dövlət başçısının dediyi kimi, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alındı, qarşı tərəfə adekvat cavab verildi. Cənab Prezidentin söylədiyi kimi, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu, Düşmənə sarsıdıcı zərbələr endirildi və bu zərbələr onlara yaxşı dərs oldu.

Seputat bildirdi ki, vəziyyətin bu həddə çatmasında bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Digər tərəfdən Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu, güclənən mövqeyi Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllində də ölkəmizin üstünlüyünü artırır. Bu gün bütün dünya dövlətləri və beynəxlaq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Eyni zamanda,

bəşəriyyətin üzləşdiyi pandemiya ilə mübarizədə Azərbaycan mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir və bu təşəbbüslər dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Təbii ki, bu amillər işğalçı Ermənistanı çox qıcıqlandırır. Bu, həm də o deməkdir ki, Azərbaycanın dünyada artan nüfuzu qarşısında Ermənistan daha da zəifləyir. S.Fətəliyevanın fikrincə, Ermənistanda daxili vəziyyət də kifayət qədər gərgindir və Nikol Paşinyan bu kimi təxribatlara əl atmaqla diqqəti daxili problemlərdən yayındırmağa çalışır.

S.Fətəliyeva Ermənistan – Azərbaycan, Dağlıq Darabağ münaqişəsinin münaqişənin həllində vasitəçilik missiyasını üzərnə götürmüş  ATƏT-in Minsk qrupunun həmsədrlərini indiyədək  obyektiv mövqe ortaya qoymamasını pislədi. Dedi ki, bu qurum öz fəaliyyətində beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrə əsaslanmalıdır: “Azərbaycan xalqı həmsədrlərin fəaliyyətindən kifayət qədər narazıdır və belə davam edərsə, Minsk qrupunun səmərəliliynə heç bir inam qalmayacaq. Əgər həmsədrlər, həqiqətən, münaqişənin həllinə nail olmaq istəyirsə, işğalçı Ermənistana təzyiqlər göstərməlidir. Əks halda, yaranmış gərginliyə görə, Ermənistanla yanaşı Minsk qrupunun həmsədrləri də məsuliyyət daşımalıdır”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

16 2020 11:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə