Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkədə 12,3 milyard kilovat/saat əmtəəlik elektrik enerjisi istehsal olunub

Yanvar-iyun aylarında Azərbaycanda 12 milyard 715,7 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Ondan əmtəəlik 12 milyard 321 milyon kilovat/saat elektrik enerjisi alınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin həcmin 11 milyard 580 milyon kilovat/saatı istilik, 665,6 milyon kilovat/saatı su, 22,3 milyon kilovat/saatı günəş, 53,1 milyon kilovat/saatı isə külək elektrik stansiyalarında istehsal olunub.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

16 2020 11:40 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə