Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polkovnik Vaqif Dərgahlı: Azərbaycan tankının vurulması ilə bağlı Ermənistan tərəfinin yaydığı məlumat dezinformasiyadır

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyanın guya Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan tankının vurulduğu barədə yaydığı məlumatı təkzib edib.

V.Dərgahlı bildirib ki, bu, dezinformasiyadır. Azərbaycan Ordusunun bütün tankları sıradadır. Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikası ön xətdə deyil. Azərbaycan tankları isə düşmən bölmələrinin vura bilməyəcəyi ərazidədir.

                                                                                                                                                    "Xalq qəzeti"

16 2020 11:11 -

Köhnə versiyamızdan xəbərləri izlə