Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Yuventus" ardıcıl üçüncü oyununda qalib gələ bilmədi

İtaliya A Seriyasının XXXIII tur matçında lider "Yuventus" "Sassuolo"nun qonağı olub. "Report"un məlumatına görə, Reco Emiliya şəhərindəki "Mapey" stadionunda keçirilmiş görüş məhsuldar heç-heçə ilə yekunlaşıb - 3:3. 

İlk 2 qolu Turin komandası vurub. 5-ci dəqiqədə Danilo, 12-ci dəqiqədə isə Qonsalo İquain fərqlənib. Daha sonra meydan sahiblərindən Filip Curiçiç 29-cu, Domeniko Berardi 51-ci, Françesko Kaputo isə 54-cü dəqiqədə qola imza atıb. "Yuventus" məğlubiyyətdən 64-cü dəqiqədə Aleks Sandronun dəqiq zərbəsi ilə qurtulub. Beləliklə, "Qoca Sinyora" ardıcıl 3-cü matçında qələbə qazana bilməyib. 

Bununla belə, xalını 77-yə çatdıran "Yuventus" ən yaxın izləyicisi "Atalanta" ilə xal fərqini 7-yə çatdırıb. 47 xala malik "Sassuolo" isə 8-cidir. 

Gecənin digər qarşılaşmalarında "Roma" evdə "Verona"nı 2:1, "Fiorentina" səfərdə "Leççe"ni 3:1 hesabı ilə yenib. "Udineze" - "Latsio" matçında isə hesab açılmayıb - 0:0.   

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

16 2020 10:59 - İDMAN
İDMAN
29 İyul 2020 | 22:16
İlin ən yaxşı məşqçisi

Köhnə versiyamızdan xəbərləri izlə