Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qax RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Qax şəhərinin küçələrində görüləcək abadlıq-quruculuq işlərinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot-1. Qax şəhərinin 2 prospekt və 26 küçəsində hərəkət tənzimləyici xətlərin çəkilməsi, bardürlərin rənglənməsi, taxta elementlərin laklanması, Şəki-Qax-Zaqatala avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində və parklarda abadlıq-quruculuq işlərinin satın alınması.

Tender iştirakçıları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa” müvafiq olaraq öz ten­der təkliflərini https://www.etender.gov.az/ rəsmi portalında elektron formada təqdim etməlidirlər. Tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsi aşağıda qeyd olunan meyarla­ra əsaslanacaqdır:

- aşağı qiymət, üstün keyfiyyət, analoji işlərin görülməsində təcrübə, maliyyə vəziyyəti və kadr imkanları.Təkliflərin qiymətləndirilməsi portal vasitəsilə aparılacaqdır.

Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını portalda yaradılmış “ASAN” ödəniş sistemi vasitəsilə köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Qax şəhəri, Azərbaycan prospekti 26 nömrəli ünvandan və https://www.etender.gov.az/ rəsmi elektron portalına daxil olmaqla əldə edə bilərlər (əlaqələndirici şəxs Qabulov Mustafa Əli oğlu, telefon -024-25-5-24-70 və 024-25-5-37-73, [email protected] ).

Təşkilat- Qax RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

Adı - Dövlət Xəzinədarlığı Agentliyi

VÖEN- 1401555071

Kod- 210005

M/h-AZ341NABZ01360100000000003944

S.W.İ.F.T: BIK CTREAZ22

İştirak haqqı 150 (yüz əlli ) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi(zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklfi məbləğinin 1 faizi həcmində bank zəmanəti( zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;

- iddaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qey­diyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə ( əsli və surəti) tərtib olunmalıdır( xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “ Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri( tender təklifi və bank zəmanəti istisna olmaqla) 5 avqust 2020-ci il saat 10.00-a, tender təklifi və bank zəmanətini isə 13 avqust 2020-ci il saat 16.00-dək Qax şəhəri, Azərbaycan prospekti 26 nömrəli ünvanda Qax RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə və https://www.etender.gov.az/ rəsmi elektron portalına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 14 avqust 2020-ci il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. Eyni zamanda elektron portala daxil olmaqla nəticələri öyrənmək olar.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

16 2020 00:52 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
13 Avqust 2020 | 03:36
B İ L D İ R İ Ş
13 Avqust 2020 | 03:36
B İ L D İ R İ Ş
12 Avqust 2020 | 04:05
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə