Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qırğızıstandakı səfirimiz soydaşlarımızı birliyə və vətənpərvərliyə çağırıb

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Ermənistanın Tovuz rayonu istiqamətində sərhəddə törətdiyi irimiqyası hərbi təxribatı layiqincə cavablandırmış Silahlı Qüvvələrimizə Bakıda keçirilmiş dəstək aksiyasının sonunda baş vermiş özbaşınalıq və qanunsuz hərəkətlərlə bağlı mediaya açıqlamasında deyib:

– Qırğızıstan vaxtı ilə səhərə qədər baş verənləri izlədim. Əgər öz gözlərimlə izləməsəydim, kiminsə təxribat söhbətlərinə inanmazdım. Başa düşürəm ki, nələrəsə etiraz etmək olar, ancaq bu formada təxribat yolverilməzdir. “Qarabağ!”,  “Azərbaycan!” qışqırıb sonda öz mənfur simanı göstərmək nə deməkdir?!” Parlamentin önündə baş verənləri təəssüflə izlədim, binanın içərisində törədilmiş dağıntılardan xəbər tutub dərindən  kədərləndim. Hesab edirəm ki, təxribat törədənlərə  əməllərinə uyğun  münasibət göstərmək lazımdır”.

Səfir, tanınmış yazıçı-dramaturq Hidayət Orucov ölkəmiz və xalqımız üçün belə həssas məqamda hər bir soydaşımızın diqqətli, məsuliyyətli və vətənpərvər olmasının vacibliyini də vurğulayıb: “Tovuz istiqamətində döyüşlər gedir. İnsanlarımız döyüşmək üçün növbəyə dayanıb. Belə bir məqamda içimizdə təxribatların törədilməsinə yol verməməliyik. Bir tərəfdən Ermənistanın təxribatı, onun arxasında dayanan xarici qüvvələr, digər tərəfdən də pandemiya . Təəssüf ki, bəzi şəxslərin törətdiyi təxribat məni pandemiya və erməni aqressiyası qədər məyus etdi”.

Hazırladı:
R.TAHİR,

“Xalq qəzeti”

16 2020 10:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 10:34
Gürcüstanda virusa yoluxanlar

Köhnə versiyamızdan xəbərləri izlə