Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İctimai Televiziya və Radio Yayımları Şirkəti inventarların satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid in­ternet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 50 manatdır.

Bankın adı- “Kapital Bank” ASC-nin 1 saylı Nəsimi filialı

Kod- 200112

VÖEN- 9900003611

M/ h- AZ­37NABZ01350100000000001944

S.W.İ.F.Т.: АIIBАZ2X

Təşkilatın adı- İctimai Televiziya və Radio Yayımları Şirkəti

H/h-AZ11AIIB33010019441102259111

VÖEN- 2000435761

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərfin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (forma 2) (təminatın qüvvədə olma müddəti ən azı 60 bank günü olmalı və tender təklifinin ümumi qiymətinin 1 (bir) faizini təşkil еtməlidir);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması barədə arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank arayışı;

- iddiaçının tam adı, hüquqi sta­tusu, nizamnaməsinin surəti, qey­diyyatdan keçdiyi ölkə və rekvizitləri (hüquqi sənədlər notarial təsdiqlə);

- iddiaçının ixtisasına dair məlumatlar (forma 3) (təsdiqedici sənədlər doldurulmuş forma 3-ə əlavə olunmalıdır);

-işlərin keyfiyyətinə aid zəmanət (forma 4).

Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçı­lar tender ilə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ün­vanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanu­nuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə aid sənədləri 7 avqust 2020-ci il saat 11.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 17 avqust 2020-ci il saat 15.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 18 avqust 2020-ci il saat 11.00-da açı­lacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD – tenderdə iştirak, tende­rin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

16 2020 00:50 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
13 Avqust 2020 | 03:36
B İ L D İ R İ Ş
13 Avqust 2020 | 03:36
B İ L D İ R İ Ş
12 Avqust 2020 | 04:05
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə