Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biz sizinlə qürur duyuruq, cənab Ali Baş Komandan!

 

Son  günlər Ermənistan hökumətinin təxribatçı fəaliyyəti bir daha sübut edir ki, bu dövlətin rəhbərliyi Daglıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün danışıqlar prosesindən çox uzaqdır və indiyədək atdığı bütün addımları əsl xislətlərini gizlətmək üçün yalanla pərdələnmiş bir vasitədir. Erməni terrorizminin qanlı təcrübəsi mövcudluğunun bütün dövrü ərzində “böyük Ermənistan” və “erməni soyqırımı” haqqında uzunmüddətli təbliğatla və təşkil olunmuş ictimai rəyə psixoloji təzyiqlə özləri haqqında bir mif yaratdılar və təəssüflər olsun ki, xeyli vaxt ərzində dünyada bir çox ictimai xadimlər və siyasətçilər erməni terror təşkilatlarını milli-azadlıq hərəkatının bir hissəsi kimi bilavasitə və ya dolayısı ilə onların cinayətkar fəaliyyətini bəyənərək qəbul ediblər. Nəticədə, erməni təşkilatları tərəfindən yaradılmış miflər, Azərbaycan xalqına qarşı çoxsaylı qanlı terror aksiyalarını həyata keçirmələrinə bəhanə oldu.  Qondarma erməni soyqırımı, tarixi faktların əksinə, ən yüksək səviyyələrdə siyasi spekulyasiya predmetinə çevrildi.

Artıq mənzərə tamamilə başqadır, ermənilərin iç üzü bütün düyaya bəllidir.  Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial və ardıcıl mövqeyi sözügedən konfliktlə əlaqədar, regionda tamam yeni bir vəziyyətin yaranmasına gətirib çıxartdı. Həmin faktoru şərtləndirən ilk səbəblərdən biri budur ki, Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyası nəticəsində  Ermənistanın işğalçı siyasətinin ifşa edilməsi reallaşdı. Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar, qonşu ölkələrlə yüksək səviyyəli əməkdaşlığı, dostluq və mehriban qonşuluq siyasətinin daha güclü olması Azərbaycan Prezidentinin uğurlu diplomatiyasının real nəticəsidir.  Bu gün bir çox dövlətlər bizim haqlı mövqeyimizi dəstəkləyir və ermənilərin işğalçı siyasətinə qarşı çıxır. Məhz buna görə də Ermənistan Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayır, dünyanın qlobal problemlə üzləşdiyi bir məqamda regionda sabitliyi təhdid etməklə işğalçı siyasət həyata keçirir. Onlar təkcə torpaqlarımızı işğalda saxlamır, bununla bərabər, gərginliyin səngiməsinə imkan vermir, regionun təhlükəsizliyinə çox ciddi zərbə vururlar.

Ermənistan silahlı qüvvələrinin  Azərbaycan -- Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutması bunun bariz nümunəsidir.  Ermənistanın bu hərəkəti insanlığa qarşı terror aktıdır.  Eləcə də Ermənistan tərəfindən azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəfə almaq və ağır silahlardan atəşə tutmaq vandalizm nümunəsidir.

Dövlət başçımız  açıq bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq.  Ermənistan anlamalıdır ki, Azərbaycanın güclü ordusu olmaqla bərabər, ölkədə xalq –iqtidar həmrəyliyi mövcuddur və hər birimiz  Ali Baş Komandanın müsəlləh əsgəriyik ! Biz sizinlə fəxr edirik, cənab Ali Baş Komandan!

Ermənistan nə qədər öz ordusu haqqında müsbət rəy formlaşdırmağa çalışsa da, ölkəsindəki pərakəndə və acınacaqlı vəziyyəti gizlətməyə səy göstərsə də,  son döyüşlər onu subut etdik, ölkəmizin rəşadətli oğulları və ordusu qarşısında acizdirlər. Eləcə də Ermənistanın faşizm siyasəti yürütməsinin ən bariz nümunəsi dünyanın bu narahat vəziyyətində  həmrəylik çağırışının əleyhinə səs verməsidir. Dünya birliyi və beynəlxalq ictimaiyyət artıq buna sərt reaksiya verməli və insanlığa qarşı terror həyata keçirənlərə öz yerini göstərməlidir. İnanırıq ki, ölkə başçısının həyata keçirdiyi xarici siyasət, diplomatik addımlar sayəsində bu ədalətsizliyə son qoyulacaq və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin icrası tam təmin ediləcəkdir.

Zəkiyyə MUSAYEVA,
YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri

16 2020 10:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 10:34
Gürcüstanda virusa yoluxanlar

Köhnə versiyamızdan xəbərləri izlə