Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TACİKİSTAN PORTALI: Azərbaycan ordusunun cavab atəşi ilə Ermənistanın atəş nöqtələri məhv edilib

Tacikistanın avesta.tj portalı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu ərazisindəki son təxribatı ilə bağlı rus dilində geniş məqalə verib. Məqalədə deyilir ki, iyulun 12-dən başlayaraq Ermənistan ordusunun qüvvələri atəşkəs rejimini pozaraq Azərbaycan ordusunun Tovuz rayonu ərazisindəki mövqelərini minomyot və iri çaplı pulemyotlardan atəşə tutub, ölənlər və yaralananlar var.

Bildirilir ki, Azərbaycan ordusunun ca­vab atəşi ilə Ermənistanın atəş nöqtələri məhv edilib. Cəbhə xəttindəki təxribatlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi iləTəhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı çıxışında bu təxribata görə bütün məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünü qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm”.

Yazıda Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da ətraflı məlumat verilir.

 

Qulu KƏNGƏRLİ,
AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

16 2020 10:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə