Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan bu təxribatların bədəlini ödəyəcək

Anadolu Agentliyinin əməkdaşı İqbal Arslan yazır ki, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ərsin Tatar bu fikirləri yazılı şəkildə paylaşıb. Baş nazir qeyd edib ki, Şimali Kipr Türk Cümhuriyyətinin dövləti də, xalqı da daim haqq işi uğrunda mübarizə aparan Azərbaycanın yanında olmuşdur və yanında olacaqdır. Ermənistan isə təkcə budəfəki hücumların deyil, ümumiyyətlə, indiyədək törətdiyi bütün təxribatların bədəlini artıqlaması ilə ödəyəcək. Bunun geci-tezi var.

Ermənistanın Cənubi Qafqazda sülh və əmin-amanlığa daim maneə törətdiyini xüsusilə vurğulayan Ərsin Tatar əlavə edib ki, Dağlıq Qarabağı heç bir əsası, dəlili olmadan işğal altında saxlayan Ermənistanın son günlər Azərbaycanla sərhəddə yeni təxribatlar törətməsi onun xislətini – işğalçılığını, qəsbkarlığını göstərən faktlardandır.

Tatar yazır: “Ancaq Azərbaycan dövlətinin Ermənistandan gələn istənilən təxribatı və hücumu zərərsizləşdirmək üçün hərtərəfli imkanları vardır”.

 

Hazırladı:

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

16 2020 10:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə