Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Prokurorluq: Düşmənin artilleriya atəşi nəticəsində Qazaxın Xanlıqlar kənd sakinlərinə vurulan ziyanla bağlı istintaq aparılır

İyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə atəşkəs rejimini kobud şəkildə pozaraq müxtəlif növ artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Ermənistan terrorçu və təcavüzkar siyasətini növbəti dəfə nümayiş etdirməklə özünün silahlı aqressiyası nəticəsində mülki əhalinin sıx yaşadığı əraziləri atəşə tutmaqla dinc əhaliyə qarşı müxtəlif cinayətlər törədiblər.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 14-də saat 15 radələrində Qazax rayonunun Bala Cəfərli kəndi ilə üzbəüz mövqedə yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus reaktiv qurğudan buraxılmış mərminin atılaraq partlaması səbəbindən həmin mərminin müxtəlif hissələri Xanlıqlar kənd sakinləri Səlminə Əliyeva, Məhbub Oru­cova, Əziz Şirinov, İlham Meh­tiyev, Razim Musayev və Kamil Cahanova məxsus evlərin dam örtüklərinə, həmçinin həyətyanı sahələrinə səpələnib və nəticədə zərərçəkmiş şəxslərin əmlakları qəsdən zədələnməklə sonun­culara xeyli miqdarda ziyan vurulub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilməklə maddi sübutlar toplanılıb, dəymiş ziyanın məbləğini müəyyənləşdirmək məqsədilə mütəxəssislər cəlb olunub və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.2-ci (yandır­maqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulmaqla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.

16 2020 10:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 10:34
Gürcüstanda virusa yoluxanlar

Köhnə versiyamızdan xəbərləri izlə