Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuzun Ağdam kənd sakininin düşmənin artilleriya atəşi nəticəsində həlak olması ilə bağlı cinayət işi başlanıb

2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə atəşkəs rejimini kobud şəkildə pozaraq kəskin eskalasiya yaratmaq məqsədilə artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təcavüzkar Ermənistan bu kimi təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutmaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədiblər. Belə ki, iyulun 14-də saat 14 radələrində Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonunun Ağdam kənd sakini – 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun yaşadığı evə odlu silah mərmisinin atılması səbəbindən o, aldığı çoxsaylı qəlpə xəsarətləri nəticəsində həlak olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Tovuz Rayon Prokurorlu­ğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertiza­lar təyin olunub.

Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.

16 2020 10:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə