Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusu düşmənin layiqli cavabını verdi

İşğalçı və təcavüzkar Ermənistan bir daha iç üzünü açdı, faşist xislətini gizlətmədi. Növbəti dəfə atəşkəs rejimini pozaraq, təxribata, fitnəkarlığa əl atdı, Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərini ələ keçirmək məqsədilə artilleriya qurğularından istifadə edərək Azərbaycan Ordusunun mövqelərinə hücuma keçdi. Ancaq bu dəfə də xəbis niyyətinə çata bilmədi. 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, bu dəfə də düşmən layiqli cavabını aldı və böyük itkilər verdi. Düşmən Azərbaycanın igid hərbçiləri tərəfindən layiq olduqları yerdə otuzduruldu. Başqa cür ola da bilməzdi.

Ermənistan rəhbərliyi sanki öz xalqına, millətinə qənim kəsilib. Nikol Paşinyan və onun ətrafı Azərbaycan ordusunun gücünə bələddirlər. Onlar 2016-cı ildə hakimiyyətdə olmasalar da, Azərbaycan ordusunun gücünü görmüşdülər və Ermənistan silahlı qüvvələrinin nəyə qadir olduğunu çox yaxşı bilirdilər. Yoxsa, bu müddət ərəzində Ermənistan ordusu birdən-birə güclü, qüvvətli oldu? Əksinə, unudurlar ki, Azərbaycan Ordusu, gündən-günə mətinləşir, maddi-tex­niki bazası güclənir. Belə olan halda hansı cəsarətlə cəbhəboyu ərazilərdə təxribatlara cəhd göstərirlər və nəticə, də böyük itkilər verirlər? Bunu, yalnız öz xalqına düşmən olan Nikol Paşinyan kimi düşüncəsiz dövlət başçıları edə bilərlər.

Görünür xəstə təfəkkürlü, nasist, faşist mahiyyətli və bir-birlərindən fərqlənməyən cinayətkar, xunta, dikta­tura hakimiyyətləri – başabəla erməni “siyasətçiləri” indiyə qədər yaşadıq­larından azacıq olsa belə dərs çıxar­mayıblar. Axı onlar heç olmasa, Aprel döyüşlərini, Cünnüt əməliyyatını gözləri önünə gətirməli və unutmamalı idilər ki, həmin ordu ilə qarşı-qarşıya gələcəklər. Tovuzda da belə oldu. Emənistan, işğalçı və təcavüzkar ölkə, onun işğalçı, cinayətkar hərbçiləri, əsgər və zabitləri bir daha Azərbaycan Ordusunun nələrə qadir olduğunu və ola biləcəyini gördülər.

Ermənistanın bu təxribatı törətməkdə məqsədi təkcə diqqəti ölkədə olan ağır sosial-iqtisadi vəziyyətdən və COVID-19-la bağlı acı­nacaqlı durumdan yayındırmaqla yana­şı, həm də sərhəddə gərginlik yarada­raq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək idi. Ermənistan rəhbərləri KTMT ölkələrini öz çirkin siyasətinin əsirinə çevirməyə və təşkilatın arxasında daldalanmağa çalışırlar. Ancaq buna da nail ola bilmədilər. Çünki KTMT daxilində sağlam məntiq qalib gəldi və sözügedən məsələ ilə bağlı təşkilatın planlaşdırılan növbədənkənar daimi şura görüşü ləğv olundu. Bu quru­mun üzvü olan ölkələrin rəhbərləri də Ermənistanın məkrli niyyətini yaxşı başa düşürlər.

Ermənilərin torpaq iddiaları bu dəfə də puç oldu Azərbaycanın möv­qeyi birmənalı və aydındır: torpaq məsələsində güzəşt olmayıb və ol­mayacaq. Nə Azərbaycan xalqı, nə Azərbaycan dövləti, nə ordumuz, nə də Ali Baş Komandan buna imkan verəcək. Əksinə, müzəffər, şanlı Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi və əmri ilə çox tezliklə bütün işğal faktına son qoyacaq, Qarabağ və ona bitişik bütün ərazilərimizi son qa­rışınacan azad, erməni cəlladlarını isə cəhənnəmə vasil edəcək.

Bugünkü hadisə həm də dünya birliyinə, kar, kor, lal olan beynəlxalq qurumlara, ATƏT-ə, Minsk qrupuna bir dərs olmalıdır. Onlar artıq gözlərini açmalı və həqiqətin gözünə dik baxma­lı, işğalçı və təcavüzkar Ermənistanın, nəinki Azərbaycan və bölgə üçün, bütövlükdə, dünya üçün təhlükə, təhdid olduğunu dərk etməli, ona layiqli və gərəkən cavabını verməlidirlər. Ar­tıq boş, mənasız, quru bəyanatları istəmirik, onları özlərinə saxlasınlar, bizə lazım deyil. İctimaiyyətə real, konkret, ədalətli addımlar, qərarlar və onların icrası lazımdır.

Son olaraq, bir Azərbaycan vətəndaşı, Azərbaycan anası kimi, şəhidlərimizin ailələrinə dərin hüzn və kədər hissilə başsağlığı verir, başınız, başımız sağ olsun deyirəm. Şəhidlər bizim baş tacımızdır. Onlar daim bizimlədir. Nə qədər ki, Azərbaycanımız var, onlar da olacaqlar, mənən, ruhən yaşayacaqlar. Eyni zamanda, yaralı­larımza Allahdan şəfa diləyir, tezliklə sağalmalarını arzulayıram.

 

Jalə ƏLİYEVA,
Milli Məclisin deputatı, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini, filologiya elmləri doktoru, professor

16 2020 10:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə